10 C
Baku
Thursday, December 12, 2024

Texniki Dəstək şöbəsinin mütəxəssisi – Rabitabank (06.03)

TEXNİKİ DƏSTƏK ŞÖBƏSİNİN MÜTƏXƏSSİSİ

Vəzifə üzrə əsas fəaliyyət:

  • Kompüter istifadəçilərindən müraciətlərin qəbul edilməsi və texniki dəstək xidmətinin həyata keçirilməsi;
  • İstifadəçi kompüterlərində yaranmış proqram və avadanlıq səviyyəli nasazlıqların aradan qaldırılması;
  • Yeni proqram təminatlarının istifadəçi kompüterlərinə yüklənməsi;
  • İstifadəçilərdə kompüterlərin şəbəkələrə qoşulmalarında yaranmış kiçik nasazlıqların aradan qaldırılması;
  • Printerlər və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqların aradan qaldırılması;
  • Müxtəlif təcili pul köçürmə sistemləri üzrə texniki xidmətin aparılması və dəstəyin göstərilməsi;

 

Namizədə tələblər:

  • Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.)
  • Tələb olunan sahə üzrə minimum 2 (iki) il iş təcrübəsi (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir)
  • Azərbaycan dilində səlis danışıq və qrammatik  bilikləri;
  • İngilis və Rus dili bilikləri (orta səviyyədə);
  • Kompüterlər və periferik qurğuların quraşdırılması bilikləri;
  • Windows əməliyyat sisteminin quraşdırılması, sazlanması və idarə edilməsi bilikləri;;
  • VMWare, DNS, DHCP, Active Directory, Terminal Server, Exchange  haqqında fundamental bilikləri;
  • Şəbəkənin əsaslarına dair minimal nəzəri və praktik bilikləri;
  • Fərdi və komanda şəklində işləyə bilmək;
  • Ünsiyyət qurmaq və təqdim etmə bacarığı;
  • Diqqətlik, operativlik və təşəbbüskarlıq;
  • Yüksək gərginlik altında işləmək bacarığı:

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini career@rabitabank.com e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri:

E – mail :  career@rabitabank.com 
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Son xəbərlər
Digər xəbərlər