Kredit ittifaqlarının zərər 20 dəfə artıb

2026-cı ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən 35 kredit ittifaqları sektoru 600 min manat xalis zərər açıqlayıb. Halbuki ötən ilin eyni dövründə sektorun xalis zərəri cəmi 30 min manat olub. Beləliklə, zərər təxminən 20 dəfə artıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi göstəricilərə istinadən xəbər verir.

Hesabat dövründə kredit ittifaqlarının faiz gəlirləri dəyişməyərək 1 milyon manat təşkil edib. Qeyri-faiz gəlirləri də 200 min manat səviyyəsində qalıb. Buna baxmayaraq, aktivlər üzrə mümkün zərərlər üçün ayrılan ehtiyatlar 500 min manatdan 1 milyon manata yüksələrək iki dəfə artıb. Eyni zamanda qeyri-faiz xərcləri 700 min manatdan 600 min manata enib. Nəticədə əməliyyat mənfəəti 500 min manat səviyyəsində dəyişməsə də, ehtiyat ayırmalarının artması sektorun zərərə düşməsinə səbəb olub.

2026-cı il iyunun sonuna kredit ittifaqlarının cəmi aktivləri 11,9 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 800 min manat və ya 6,3% azdır. Xalis kredit portfeli 10,9 milyon manatdan 10,1 milyon manata enərək 7,3% kiçilib. Nağd vəsaitlər və müxbir hesablar 500 min manatdan 600 min manata yüksəlib. Hesablanmış faizlər isə 1 milyon manat səviyyəsində qalıb.

Sektorun cəmi öhdəlikləri illik müqayisədə 2,6 milyon manatdan 2,5 milyon manata düşüb. Alınmış kreditlərin həcmi 2,3 milyon manatdan 2,1 milyon manata qədər azalıb. Kredit ittifaqlarının cəmi kapitalı isə 10,1 milyon manatdan 9,4 milyon manata enib. Bu azalmada nizamnamə kapitalının 7,2 milyon manatdan 6,7 milyon manata düşməsi əsas rol oynayıb. Bununla belə, bölüşdürülməmiş mənfəət 2,9 milyon manatdan 2,7 milyon manata geriləyib.

Ötən yarımildə digər sektor bank və BOKT-lər ili böyük xalis mənfəət artımına nail ola bilsələr də kredit ittifaqları bu istiqamətdə artım edə bilmirlər. Mərkəzi Bankın Maliyyə sabitliyi hesabatlarında qeyd edildiyi kimi bank olmayan kredit təşkilatlarının (BOKT) maliyyə sektorunun aktivlərində payı artsa da, maliyyə vasitəçiliyində rolu kiçik olaraq qalmaqdadır. Bütövlükdə bank olmayan kredit təşkilatlarının maliyyə sistemində aktivlərinə görə bazar payı 6.1% təşkil edir. Bu keçən ilin eyni dövründə 5.8% idi.

 

Kredit ittifaqlarının siyahısı

  1. Aqil Kredit İttifaqı
  2. Aqra-Kredit İttifaqı
  3. AQRO Kredit İttifaqı
  4. ARAN Kredit Ittifaqı
  5. Aşıxlı Kredit İttifaqı
  6. Bərəkət Kredit İttifaqı
  7. DOSTLAR MM Kredit İttifaqı
  8.  El gücü Kredit İttifaqı
  9.  ELİT Kredit İttifaqı
  10.  Əmanət Kredit İttifaqı
  11.  FİNANS Kredit İttifaqı
  12.  Hacı Kredit İttifaqı
  13.  Hacıoğlu Kredit İttifaqı
  14.  Hikmət Ziya Kredit İttifaqı
  15.  Hindarx Kredit İttifaqı
  16.  İDEAL KREDO Kredit İttifaqı
  17.  Kapital Kredit İttifaqı
  18.  İŞGÜZAR Kredit Ittifaqı
  19.  İsmayıl Kredit İttifaqı
  20.  İst İnvest Kredit İttifaqı
  21.  Ləman Kredit İttifaqı
  22.  Masallı Kredit İttifaqı
  23.  Nərgiz Kredit İttifaqı
  24.  Prins Kredit İttifaqı
  25.  Qovlar Kredit İttifaqı
  26.  REFİNANCE Kredit İttifaqı
  27.  Sevinc Kredit İttifaqı
  28.  Stimul Kredit İttifaqı
  29.  TAC Kredit İttifaqı
  30.  Tərəqqi Kredit İttifaqı
  31.  Tovuz Kredit İttifaqı
  32.  Xəzər Kredit İqttifaqı
  33.  Yeni Daşkənd Kredit İttifaqı
  34. Zirvə Kredit İttifaqı
  35. Total Finans Kredit Ittifaqı
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər