Banker.azın verdiyi məlumata görə, “Bank Avrasiya” maliyyə göstəricilərin açıqlayıb.
Bankın maliyyə rəqəmlərinə əsasən, yanvar 2017 tarixinə 6 mln. yaxın mənfəət əldə olunub. Hesabatları yaxından təhlil ediləndə məlum olurki, bankın 1 ay ərzində gəliri 900 min manat olmasına baxmayaraq, yekunda 6 mln. manat mənfəət əldə edilmişdir. Bu, bankın ehtiyatlarının azad olması hesabatına başa gəlmişdir. Təbii ki, ortaya belə bir sual çıxır – bank vaxtı keçmiş kreditlərini 1 ay ərzində necə həll etmişdirki, 6 mln. manat ehtiyat nəyin hesabına azad olmuşdur. Bu sual hələki cavabsız qalmışdır.
Maraqlı faktlardan biridə bankın aktivlərinin 1 ay ərzində 10 mln. manata yaxın artımıdır. Belə ki, 2016-cı ilin sonuna 143 mln. manat aktivlər, 1 aydan sonra 152 mln. manata çatmışdır. Artımın çox hissəsi kapital hesabına nail olunmuşdur(əldə olunan 6 mln. manat gəlirin hesabına). Artımın 3 mln. manatı isə bankın öhdəliklərində qeydə alınmışdır.
Hazırda bankın 58 mln. manat kapitalı vardır.