Vakant vəzifələr (Bank sektoru):
- Baş hüquqşünas (korporativ sahə üzrə);
- Hüquq şöbəsinin rəisi (korporativ sahə üzrə)
Əsas vəzifələri:
- Korporativ hüquq sahəsinə aid olan sənədlərin layihələrini hazırlayır;
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir;
- Bankdaxili bütün normativ sənədlərin (təlimat, qayda, prosedur və s.), o cümlədən əmrlərin, qərarların və sərəncamların hüquqi ekspertizasını həyata keçirir və onlara rəy verir;
- Bütün struktur bölmələrə hüquqi yardım edir, onlardan daxil olmuş sorğulara rəy və izahatlar verir, habelə optimal çıxış yollarının tapılması üçün öz təkliflərini verir;
- Qanunvericiliklə müəyyən edilmiş hüquqi vasitələrlə Bankın hüquq və mənafelərinin müdafiəsini, habelə onun fəaliyyətində qanunverciliyin bütün tələblərinə riayət edilməsini təmin edir;
- Bankın hüquqi statusuna aid bütün növ sənədləri hazırlayır;
- Qanunvericiliyin və daxili normativ sənədlərin düzgün tətbiqinə nəzarət edilməsində iştirak edir;
- Dövlət orqanları və kommersiya ictimai təşkilatları ilə hüquqi məsələlərlə bağlı yazışmaların aparılmasında köməklik göstərir;
- Zərurət yarandıqda Bankın müvafiq struktur bölmələrinə pretenziya işində hüquqi yardım göstərir, iddia materiallarının hazırlanması və məhkəmə orqanlarına təqdim edilməsini təmin edir.
Namizədə olan əsas tələblər:
- Ali hüquqi təhsil;
- İxtisas üzrə azı 3 il iş təcrübəsi (Bank və böyük təşkilatlarda, habelə məhkəmələrlə iş təcrübəsi olanlara üstünlük verilir);
- Ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- Dəqiqlik, düzgünlük və məsuliyyətlilik kimi müsbət göstəricilərə malik olması;
- MS office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləyə bilmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışmaq və yazmaq qabiliyyəti; (ingilis və rus dili bilənlərə üstünlük verilir).
Peşəkar biliklərə dair tələblər:
- Bankın fəaliyyətini tənzimləyən normativ aktlar;
- Hüquqi fəaliyyət üzrə Azərbaycan Respublikasının qanunları, metodiki və normativ xarakterli materiallar;
- Mülki, mülki-prosessual, əmək, maliyyə, inzibati, vergi qanunvericiliyi;
- Bankın fəaliyyəti ilə əlaqədar müqavilələrin bağlanılması qaydası;
Əlavə məlumat:
- İş rejimi: 5 günlük iş həftəsi, İstirahət günləri: şənbə bə bazar günləri, habelə Azərbaycan Respublikasının rəsmi dövlət bayramları;
- Iş vaxtı : 09.00–dan 18.00-dək
- Qeyd: Tələblərə cavab verən namizədlər öz müraciət anketlərini
[email protected] e-mail ünvanına göndərə bilərlər.Məktubun mövzusunda vakant vəzifənin adının qeyd olunması xahiş olunur.
Əlavə əlaqə vasitələri: (+99450) 270 60 16 (iş günləri saat 09.00-dan 18.00-dək zəng edə bilərsiniz)