Banker.azın verdiyi məlumata görə,Premier BOKT maliyyə göstəricilərini açıqlayıb
Hesabata görə, BOKTötən ili mənfəətlə başa vura bilib. Belə ki, 2016 ilin dekabr ayının sonuna təşkilatın mənfəəti 67 min manat təşkil edib. Məlumat üçün bildirək ki, bu ilin faiz gəlirləri ötən ilkindən 2 dəfəyə yaxın artıq olmasına baxmayaraq, bu il ilin mənfəəti ötən ildən az olub. 2015-cilin sonuna təşkilatın faiz gəlirləri 260 min manat idisə, bu il 521 min manat təşkil etmişdir (ötən ilin mənfəəti 91 min manat).
Təşkilat 1 il ərzində aktivlərinidə təxminən 2 dəfə artırmağa nail olmuşdur. BOKT-un aktivlərin 2015-ci ilin sonuna 2.7 mln manat olsada, artıq 2016-cı ilin sonuna bu göstərici artaraq 5.2 mln. manat təşkil etmişdir.








