2 C
Baku
Saturday, December 14, 2024

“NIKOIL Bank”ın bu filialı yeni ünvanda fəaliyyət göstərəcək

Cari ilin martın 7-dən etibarən “NIKOIL Bank”ın 11 saylı filialı – Bakı şəhəri, Yasamal rayonu, 547-ci kvartal, İnşaatçılar prospekti 3 ünvanında yerləşən yeni, müasir və rahat ünvanda müştərilərinin xidmətində olacaq. Yeni filial müasir əməliyyat zalına malikdir və burada müştərilər yüksək səviyyəli bank xidmətlərinin bütün sahələri üzrə xidmət olunacaqlar. Yenilənmiş filialda həm fiziki şəxslərə, həm də hüquqi şəxslərə milli və xarici valyutada keçirilən hesablaşma-kassa, kredit, ödəmə, kart, zəmanət, banklararası, sənəd və s.  kimi yüksək səviyyəli bank xidmətləri göstəriləcək.

“NIKOIL Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az  səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Son xəbərlər
Digər xəbərlər