12 C
Baku
Wednesday, December 11, 2024

Jack Ma Çini saxta məhsullarla mübarizəyə çağırdı

“Alibaba Group”un yaradıcısı, milyarder Cek Ma Çin hökumətini saxta məhsullarla mübarizəni gücləndirməyə çağırıb.

“Financial Times”a istinadən xəbərə görə, C. Ma bildirib ki, Çində orijinal məhsul istehsalçılarını qoruyan qanunlar kifayət qədər aydın deyil, saxta məhsul istehsalı üçün nəzərdə tutulan cərimələr isə çox azdır və bu tip məhsulların maneəsiz yayılmasına, satışına şərait yaradır.

C. Ma saxta məhsul istehsalçılarını sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər kimi cəzalandırmağı təklif edib. “Biz satılan hər saxta mala görə yeddi günlük həbs tətbiq etsəydik, istər intellektual mülkiyyət hüquqlarının qorunması, istərsə də dərman və yeyinti məhsullarının təhlükəsizliyi baxımından dünya daha fərqli olardı”, – deyə C. Ma Çinin ali qanunverici orqanına məktubunda bildirib. Onun fikrincə, kontrafakt istehsalçılarına qarşı cəzaların sərtləşdirilməsi innovasiyaları da stimullaşdıracaq.

Qeyd edək ki, “Alibaba” özünün pərakəndə satış platformalarında (“Taobao” və s.) saxta mallar satmaqda günahlandırılır.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər