Mingəçevir Dövlət Universitetinin inzibati binasının təmirinə 526 min manat xərclənəcək.
Banker.az xəbər verir ki, “Mingəçevir Dövlət Universiteti” Publik Hüquqi Şəxsi inzibati binanın (Korpus 1, D. Əliyeva küçəsi, 21) cari təmiri və abadlaşdırılması işlərinin satın alınması üzrə müqavilə bağlayıb.
Satınalmanın qalibi “Lider-Line” MMC olub.
Müqavilənin məbləği 525 min 878 manat təşkil edib.







