Corc Sorosun keçmiş tərəfdaşı artıq 6-cı dəfədir ki, “Gələcək, dünyanın ən nüfuzlu investorunun baxışları ilə” adlı kitabını yazır. Bu dəfə söhbət Amerikadakı tənəzzüldən və Asiyada açılan perspektivlərdən gedir.( Doğrudanmı ABŞ-ı xilas etmək artıq çox gecdir? Əgər mən sizə bizim problemləri necə həll etməyin mümkün olduğundan danışsam, çox güman ki, siz də fikirləşəcəksiniz, ki, “hə, artıq hər şey çox gecdir”).
Rodcers doğma vətəni ilə bağlı böyük bədgümanlığa qapılıb: o, təhsilin aşağı səviyyəsindən gileylənir, tibbin bahalı və səmərəsiz olduğunu deyir, iri məbləğli hərbi xərclər barədə mövqeyinin mənfi olduğunu nümayiş etdirir, həmçinin vergi sistemi çox boş buraxılmış, bununla yanaşı hərbçilərin və məmurların lobbiləri böyümüşdür.
Amma Asiyanı Rodcers ideallaşdırır, təkcə Çin deyil, digər ölkələrdə onda heyranlıq doğurur. Misal üçün, investor inanır ki, yaxın gələcəkdə Koreya birləşəcək, bu isə həmin ölkədə dünyanın aparıcı güclərindən biri olmağa imkan verəcək. Sizə həmin kitabdan bir neçə parçanı təqdim etmək istərdik.
XIX əsrin sonlarından etibarən 1914-cü ilə qədər ABŞ artıq borclular dövlətinə çevrilmişdi. Hökumət böyük məbləğlərdə borc alırdı. Bu vəsaitlər kanalların, zavodların, dəmir yollarının tikintisinə sərf olunurdu. Əgər siz borca götürülmüş vəsaitləri faydalı şəkildə istifadə edə bilirsinizsə, o zaman borc götürməyinizdə bir qəbahət yoxdur. Nəticədə, Amerika kreditor ölkəyə çevrilir, öz borclarını ödəyir və XX əsrin ən güclü dövlətlərindən biri olur. Bugünkü gündə isə Amerika hərbi texnika üçün borc vəsait alır. Pulları zavodun rəhbəri götürür. Lakin bu işdə başqa heç kəs xeyir əldə etmir.
İnvestisiyalar istehsalın tükənməz mənbəyinə (məsələn, kanala və yaxud dəmir yola) getmir.
Hal-hazırda borca götürülmüş vəsaitlər sosial xərclərə sərf olunur. Sosial xərclərə dövlət xəzinəsinin 60%-i gedir. Lakin bu xərclər məhsuldar hesab edilmir. Əgər bir millət kapitalları sadəcə olaraq xərcləyirsə və nə investisiya etmirsə, nə də yığmırsa kreditlərin ziyanından başqa, xeyri olmayacaq.
2008-ci ildə bizi böhrana sürükləyən insanlar hələ də bizi idarə edirlər. Biz yalnız siyasətçilərin və bürokratların səriştəsizliyinə etibar edə bilərik. Amerika təhsil sisteminin pis olduğu haqqında xəbərlər eşidəndə artıq təəcüblənmirik. Şagirdlər arasında keçirilən testlər bunun sübutudur.
Avropa və Asiyadan olan şagirdlərin nəticələri daha yaxşıdır, nəinki amerikalıların. Amerikalı tələbələrin 63%-i xəritədə İraqı, 32,5%-i Nyu-York ştatını və nəhayət 11% tələbə hətta ABŞ-ı belə göstərə bilmirlər.
Bizə digər tədqiqatlar da məlumdur. Amerikalılar arasında aparılan sorğuya əsasən, amerikalılar Homer Simpson ailəsinin beş üzvünün adlarını çəkə bilirlər, lakin Konstitusiyada edilmiş beş dəyişiklikləri sadalaya bilmirlər. Konqresdə oturan millət vəkilləri və siyasətçilər də bunları bilmirlər.
Ən əsas, onlar əvvəlki siyasətçilər nəslindən daha səriştəsizdir. Onların üçdə biri Vaşinqtona xarici pasportsuz gəlirlər. Sonra isə özlərinə tez bir zamanda xarici pasport düzəltdirib mənasız məzuniyyətlərə gedirlər. Ölkəni pis vəziyyətdə qoyan dövlət xadimlərindən biri 19 il xidmət göstərən iqtisadiyyatçı Qrinspen olub. Qrinspen daim Vaşinqtona dövlət təyinatı barəsində müraciət edirdi. Və nəhayət 1987-ci ildə prezident Reyqan qeyri-qənaətbəxşliyinə görə onu mükafatlandırır. 1987-ci ildən etibarən Qrinspen üç prezidentin yanında xidmət göstərib.
Yüngül pullar nəzəriyyəsinin tərəfdarı olan Qrinspen iqtisadiyyatda problemlər əmələ gələn kimi yüngül pullar çap edirdi. 1987-ci ildə bazarın çökməsi nəticəsində o, çap maşınını işə salır, 1994-cü ildə isə Meksika pesosunun böhranına münasibət göstərək yenidən çap maşınından istifadə edir. Növbəti illər ərzində o çap maşınını üç dəfə tətbiq etmişdi. Asiya böhranından sonra Qrinspen bütün dünyanı dollarlar ilə doldurur.
Əgər Kolorado-Sprinqsdən diş həkimi və ya Omahadan yanğınsöndürən Federal ehtiyatlar sisteminə zəng etdəydi, o, əlbəttə ki, zəng edib düşə bilməyəcəkdi. Amma əgər zənglər Citibank və ya J. P. Morgan banklarının direktorlarından gəlsə, onda əmin olun ki, dəstəyi qaldıran elə sədrin özü olacaqdı. Ona deyəndə ki, bu qərb sivilizasiyasının sonudur və bu böhran növbəti Böyük Depressiya ilə nəticələnəcək, o qədər də ağıllı olmayan sədr bu pulları sağa və sola xərcləməyə başlayır. Dostları ona zəng edəndə Qrinspen məhz belə edirdi, şübhəli maliyyə növləri ilə bağlı tədbirlər qəbul edilirdi.
Əgər bu kreditorlardan biri müflis olsa idi, böyük problemlər əmələ gələcəkdi. Gəlirlər artıq Amerika iqtisadiyyatının təzyiqi altında idilər. Əgər Qrinspen bazarı rahat buraxsa idi, Lehman Brothers və Bear Stearns kimi şirkətlər hələ də suyun üzərində üzəcəkdi. Bu şirkətlərin zərəri o qədər böyük olacaqdı ki, şirkətlər çox saylı səriştəsiz əməkdaşlarını işdən azad etməli olacaqdı. Balans hesabatlarında da müəyyən uyğunsuzluqlar əmələ gələcəkdir, amma bu da onların xeyrinə idi. Məhz özündən razı fərsizlərin əlində toplanmış küllü miqdarda şübhəli pulları elə bu kompaniyaları özü ilə birlikdə dərinə apardı, söhbət olduqca mübahisəli maliyyə strukturu təşkil etmiş kompaniyalardan gedir.
Qrinspen bazara sərbəst şəkildə fəaliyyət göstərməyə imkan vermədi. O, dostlarını xilas edə biləcəyinə əmin olduğu üçün bazara daxil olur və düşünür ki, bununla hər bir kəsə kömək etmiş olar. Qrinspenin uzun müddətli strategiyası yox idi. Onun hərəkətlərinə yalnız düşmüş olduğu təlaş istiqamət verirdi. Qrinspenin ən güclü tərəfi siyasətçi xüsusiyyətlərinə sahib olması idi.
Kapitalizm bu cür işləməlidir: insanlar çətin vəziyyətə düşəndə müflis olurlar. Onların yerinə ağıllı və səriştəli insanlar gəlir, aktivlərə sahib olur, yenidən təşkil olunur və daha möhkəm təməllər üzərində fəaliyyət göstərməyə başlayır. Qrinspen isə bu labüd enişinin qarşısını almaq laızm olduğunu düşünürdü. O, öz dostları ilə birlikdə ağıllı insanlardan onların pullarını alır və pulları ağılsız insanlara verirdi. Qrinspen ağılsız insanlara deyirdi: “Baxın, hökumət sizin tərəfinizdədir. Artıq siz bizim dəstəyimiz və ağıllıların pulları sayəsində onlarla rəqabət apara biləcəksiniz”. Lakin Qrinspenin bu addımı həm mənəvi, həm də iqtisadi cəhətdən düzgün deyildi (baxmayaraq ki, nə siyasətçilər, nə də bürokratlar heç zaman mənəvi prinsipləri rəhbər tutmayıb). Müflisləşmələr, maliyyə böhranları, resessiyalar meşə yanğınları kimidir. Meşə yanğınları dağıdıcı xarakter daşıyırlar. Lakin yanğınlar həmçinin xəstə və qurumuş ağacları, ölü bitkiləri də məhv edir. Yandıqdan sonra meşə daha sağlam və güclü şəkildə bitməyə başlayır.
Bu yaradıcı məhv kapitalizmin əsas qanunlarından biri hesab edilir. 1942-ci ildə iqtisadçı Yozef Şumpeter bu qanun ilə hər bir iş adamının razılaşmalı olduğunu yazırdı.
Əgər Qrinspen bazara öz qanunları əsasında fəaliyyət göstərməyə imkan versəydi, biz “dotcom” köpüyündən yayına bilərdik (dotkom – fəaliyyəti internet çərçivəsində məhdudlaşan biznes-modelini tətbiq edən şirkətlərlə bağlı işlənir). Uoll-Stritt kompaniyaları öz meşa yanığınını keçirərdi. Sonradan isə bu köpük də partladı. O, pulları çap etməyə davam edirdi. Qrinspen fəlakətli siyasətini gizlətmək üçün intellektual bir üsul axtarırdı. Və sonunda o, belə bir üsul tapır. Qrinspen öz heyətinə elmi cəmiyyətin üzvü, Prinston universitetinin professoru və onu Federal şurada əvəz edən bir iqtisadçı alın Ben Bernankeni öz komandasına dəvət edir.
Bernankeni isə sadəcə kiçik Qrinspen adlandırmaq olardı, birlikdə bu dahi fikir sahibləri sanki öz orkestrini yaradır və bu orkestrin fəaliyyəti 2008-ci ilin böhranına səbəb olur.
Qrisnspen hər kəsi sərfəli faizlərlə borca pul götürüb ev almağa dəvət edirdi, hətta insanlar eyni anda iki və daha artıq ev alırdı, bu zaman heç bir ilkin ödəniş də etmirdi, amma ki, işsiz alıcı sadəcə faizləri ödəməyə pul çatdırırdı, bu isə alıcılıq hərarətini qorumağa xidmət edirdi, hamı sadəlövhcəsinə düşünürdü ki, daşınmaz əmlakın qiyməti heç cürə düşə bilməz. Bu minvalla banklar astronomik borclara girir və pis kreditləri verirdi, daha sonra isə öz üzərilərindən bütün məsuliyyəti ataraq bu kreditləri qiymətli kağız kimi satırdı (bütün bunlar Qrinspenin xeyir duası ilə baş verirdi); həmin müddətdə isə kolleci təzə bitirmiş və bazarda heç bir iş təcrübəsi olmayan 26 yaşlı gənclər müxtəlif agentliklərdə bankların dəyərsiz derivativlərini AAA reytinqi ilə təchiz edirdi.
Qrinspenin işləri getdikcə daha pisləşir və gərginlik son həddə çatır. Elə bu zaman onun fəaliyyətdə olma dövrü başa çatır və o, estafeti Bernanke və Polsin kimi “igidlərə” təhvil verir.
2008-ci ildə Henk Polson Xəzinədarlığın katibi idi. Sunstandart ipoteka kreditləşməsi böhranı baş qaldıranda, bütün bankırlər ara vermədən onun telefonuna zəng edir və Yer Kürəsinin uçuram getdiyini deyirdilər. həqiqətən də onların dünyası sona yaxınlaşırdı (ya ən azından belə görünürdü). Əlbəttə ki, belə insanlar görəndə ki, iflas onlara yaxınlaşır, hökumətdəki dostlarına zəng edirlər.
Polson president kiçik Buşa tərəf istiqamət alır və ona bildirir ki, yeni depressiya artıq qapımıza dirənib. Buş (öncə o heç nə başa düşmürdü və ümumiyyətlə çətin ki, buş depressiya sözündə neçə “s” hərfinin olduğunu bilirdi) Polsona deyir: “Nə istəyirsən elə”. Beləliklə o, məsuliyyəti iki il bundan öncə Goldman Sachs-ın baş icraçı direktoru olmuş (CEO) insanın üzərinə qoyur, o banklardan biri ki, hazırda xilasedilməyə ehtiyac duyurdu. Məhz onun Goldman Sachs-a rəhbərlik etdiyi dövrdə bank bu gün də qurtula bilmədiyi dəyərsiz qiymətli kağızlara sahiblənmiş və substandard ipoteka kağızları ilə yüklənmişdi, bu gündə Polsonun keçmiş həmkarları onun uğursuz əməllərinin ağır nəticələrini yaşayır.
Artıq məsələ emissiyanın zərurətində deyil, onun hansı məbləğ və həcmdə ediləcəyində idi. İstənilən halda Polson Bernankenin tam köməyinə arxayın ola bilərdi, hansı ki, elə gizlicə bu fəlakəti təşkil etmişdi, o cümlədən Timoti Qaytner – Nyu-York federal ehtiyatlar bankının prezidenti – yerlə bir olmuş bank sistemini idarəetmək məsuliyyəti məhz onun çiyinləri üzərinə düşürdü. Qaytnerin bildikləri isə Bernankedən də az idi. Prezindent Corc Buşun isə iqtisadi analyişi və beyni yuxarıda adını çəkdiklərimizin hər üçündən də zəif idi. O, ölkənin pullarını 8 il ərzində havaya sovurdu, təkcə İraqa 845 milyard dollar vəsqit getdi (Bu ABŞ xəzinədarlığının bir-başa məsrəfləridir, ümumi xərclərin məbləği isə təxminən 3 trilyon dollar olmuşdur). Vergi ödəyicilərinin daha 700 milyard dollarını bankların dəstəyinə sərf etmək onun üçün su içmək qədər asan idi. O, artıq dövlət gəmisini sahilə çıxartmış və ilk olaraq göyərtədən tullanmışdı və hamı ilə vidalaşmağın ən gözəl üsulu kimi, bütün xilasedici jiletləri yandırmaqdan başqa ağlına heç nə gəlməmişdi.
Polsonun Goldman Sachs-da gözəl təqaüd əmanətinin miqdarı, heç bir sarsıntılara baxmayaraq toxunulmaz qalmış və onun Dövlət Xəzinədarlığından getdiyi zaman sahib olduğu sərvətin miqdarı təqribən 700 milyon dollar təşkil edirdi. Əsl işlə məşğul olmaq ona gərək deyildi və o, dərs deməyə başlayır. Qaytner əlahiddə səriştəsizliyə görə mükafatlanır – onu Xəzinədarlığın yeni katibi vəzifəsinə təyin edirlər. Obama administrasiyanı onu Nyu-Yorkun bank sistemi cəmiyyəti təqdim etdi, belə ki, Qatyner bu cəmiyyətin bütün əmrlərini balaca uşaq kimi sözsüz-sualsız yerinə yetirirdi. Hər şey dağılanda Qaytner Vaşinqtonda onları müdafiə etməli idi. Obama nə biləydi axı? Bəlkə o da, Qaytnerin hətta öz vergi bəyannaməsini doldura bilmədiyini görəndə bizim kimi təəccüblənmişdi. Bernankenin səriştəsizliyinin mükafatı isə onun yenidən Federal Ehtiyatlar sisteminə sədr seçilməsi oldu.
Qanuna əsasən, Federal ehtiyatlar sisteminin sədri ildə iki dəfə konqressə öz idarə etdiyi qurumun monetar siyasəti ilə bağlı hesabat verir, bəzən isə onu müxtəlif digər məsələlərə aydınlıq gətirmək üçün çağırırlar Mən Bernankenın bir neçə belə çıxışını dinləmişəm – televizorun işlədiyi bir mehmanxanada olmuşam. Məsələn dolların kursunun aşağı düşməsi ilə bağlı onun fikrini öyrənəndə o bildirib ki, – bu xaricə səfərə gedən amerikanlardan başqa heç kəsə təsir göstərməyəcək. Onda mən əlimdəki hər bir işi kənara tullayıb, ekrandakı insanın üzünə diqqətlə baxmağa başladım. Anlamaq istəyirdim ki, o, yalan danışır, ya doğrundan da heç nəyi başa düşmür. Çünki onun dediyindən belə çıxırdı ki, günəşin şərqdə doğması sıravi amerikalı üçün yalnız o zaman əhəmiyyət kəsb edir ki, həmin amerikalı da şərqə baxsın .
Dolların kursunun aşağı düşməsi çox şeyə təsir göstərir – amerikalı nə alsa, nə etsə və ümumiyyətlə dünyada baş verən bir çox şeylər bundan asılı olur. Bu iqtisadiyyat haqqında anlayışın ilkin səviyyəsidir. Konqres qarşısında dolların kursunun aşağı düşməsinin iqtisadiyyata təsirsiz ötüşəcəyinni söyləyən Bernanke, sanki yalan danışmırdı, həmçinin ehtimal etmək olar ki, and içmiş olsaydı, o belə iddialar etməkdən özünü saxlayardı. Ona görə də mən hesab etdim ki, o, hətta mənim düşündüyümdən də az bilir.
Bernankenin çoxsaylı proyektlərini, elanlarını və vədlərini yada salın. Siz əmin olacaqsınız ki, o , çox nadir hallarda haqlı çıxıb. O, iqtisadiyyat və maliyyəni yaxşı bilmir, bazarların necə işlədiyini anlamır, pulları isə yalnız çap etməyi bacarır. O, başa düşməli idi, cari böhran likvidliklə deyil, ödəmə qabiliyyəti ilə əlaqədardır. Ətrafımızda likvidlik kifayət qədərdir. Digər tərəfdən böhranın səbəblərindən biri də odur ki, Avropa və Amerika mərkəzi bankları son 10-15 il ərzində bazarda həddindən artıq likvidliyin olmasını təmin ediblər. Həddindən artıq ucuz pul kütləsi yığıldı ki, bu da yaşayış evlərinin və istehlak köpüklərinin yaranmasına gətirib çıxardı. Köpüklər partladıqda isə dünya kredit problemi ilə üz-üzə qaldı. Öz üzərinə ağırlaşdırılmış maliyyə öhdəlikləri götürərək, insanlar, kompaniyalar, hətta bütövlükdə dövlətlər onları yerinə yetirə bilmədi və nəticədə banklar bütün bu “zibil” (dəyərsiz) kağızları substandart obliqasiyalara çevirdilər. Demək olmaz ki, bu gün kredit götürmək – ödəmə qabiliyyətli əhali üçün böyük problemdir. Məsələ likvidlikdə deyil, sadəcə çoxları bankrot oldu.
Belə görünür ki, Bernanke bunu başa düşmür. Böyük depressiya illərində problem həqiqətən də likvidlikdə idi. Hökumətin düşünülməmiş iqtisadi siyasətinə görə ticarət donmağa başlamışdı, likvidlik banklara dəstək göstərmək üçün kifayət etmirdi və bütün sistem çökmüşdü. Bernanke isə likvidliyi ödəmə qabiliyyətindən fərqləndirə və hər iki böhranı identik şəkildə nəzərdən keçirə bilmir. Bu anı o, bütün ömrü boyu gözləmişdi. Onun bütün alimlik karyerası pul çap olunması həsr edilmişdi. Bu oğlanın əlinə çap maşını verin və o, onu dərhal işə salacaq, necə ki əlində çəkic olanın gözünə hər şey mismar kimi görünür. Amma borc problemini daha çox borc verməklə həll etmək olmaz. Əgər pul çapı çiçəklənməyə aparsaydı, onda Zimbabve ən inkişaf etmiş ölkə olardı.
Bernanke sükan arxasında olanda, maliyyəçilər bankrot olmur. Növbəti ildə hamı böyük bonuslar əldə edir və öz “lambargini”-lərini qoruyub saxlayır, amma Kolorado-Sprinqs-dən olan kasıb diş həkimləri, texniklər isə həm öz işini, həm də evlərini itirir, çünki hökumət onlardan və eləcə də digər kasıblardan (vergiödəyicilərindən) alınmış külli miqdarda pulu maliyyə sisteminə vurur ki, bankların pis aktivlərinə dəstək olsun. Tənəzzülə, savadsızlıq, səriştəsizlik və bəzən də qanunsuzluğa himayəçi çıxaraq, dövlət öz dayanıqlığını sübut edə bilməyən müəssisələrin aksiyalarını alır. Yaxşı pullar pis pulların arxasınca göndərilir, bu isə artıma mane olur. Nəticədə iqtisadiyyat heç bir dinamik impuls büruzə vermədən, yerindəcə addımlayaraq, durğunluq dövrü yaşayır.
Mənbə: Forbes