Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2017-cı il fevral ayının 1-nə 7 747,2 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının verdiyi xəbərə görə, yanvarın 1-nə olan analoji göstərici ilə müqayisədə əmanətlərin həcmi 298,5 mln. manat və ya 4% artıb.
Qeyd edək ki, 2016-ci ilin analoji dövrünə nisbətən isə əhalinin əmanətlərinin həcmi 896,1 mln. manat və ya 10,37% azalıb.