22 C
Baku
Friday, October 4, 2024

Apple və Google rəhbərinin gizli görüşü geniş müzakirələrə səbəb oldu

Sosial şəbəkələrin istifadəçiləri Apple və Google şirkətlərinin rəhbərləri, Tim Cook və Sundar Pichai-nin gizli görüşünü fəal şəkildə müzakirə edir.

Banker.az saytının verdiyi məlumata görə, biznesmenlər Silikon vadisində, Palo-Alto-da restoranların birində görüşüb. Onların bir masa arxasında əyləşdiyini əks etdirən foto şəkli isə Zero Labs şirkətinin rəhbəri Amit Pradhan Facebook-da paylaşıb.

 

Hər iki şirkət rəhbərinin görüş ilə bağlı əvvəlcədən məlumat verməməsi və indiyə qədər də bu şəkli şərh etməmələri səbəbindən bir çoxları düşünür ki, görüş qeyri-rəsmi xarakter daşıyırmış.

Sosial şəbəkə istifadəçiləri belə güman edir ki, Cook və Pichai WikiLeaks tərəfindən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərini nəşr edilməsini müzakirə etmək qərarına gəlib. Nəşr edilən materiallarda Apple və Google məhsul və xidmətlərinin də xakerlər tərəfindən istifadə edilməsi məsələsinə toxunulub.

Bir çoxları isə Apple rəhbərinin Pixhai-ni “görüşə” çağırdığı ilə bağlı zarafat edirlər. Belə ki, Tim Cook 2014-cü ildə özünün qeyri-ənənəvi seksual orientasiyasının olmasını elan etmişdi.

Son xəbərlər
Digər xəbərlər