Azərbaycan kommersiya bankları dolların nağd şəkildə satışındakı kursu yenidən ucuzlaşdırıblar.
Banker.az-ın monitorinqinə əsasən, 4 saat ərzində 10 bank dolların satış qiymətini yenidən azaldıb. Dolları ən çox “Accessbank” ucuzlaşdırıb. Belə ki, Bank səhər saat 11:00 da dolları 1,7558 manata satdığı halda, günortadan sonra 0,74% ucuzlaşdıraraq 1,7450 manat edib. Adı çəkilən bank hal-hazırda dollar dəyişmək üçün ən sərfəli banklardandır.
Dolların alış qiymətini isə ən çox ucuzlaşdıran bank “Turanbank”dır, 0,58%.
Əlavə olaraq bildirək ki, hal-hazırda dolların mübadiləsində ən böyük marja “Rabitabank”(7 qəp.), “Muğanbank” (7 qəp.) və “Ziraatbank”-dır (8 qəp.).



![Azərbaycanda dollar 4 saat ərzində 1%-ə qədər ucuzlaşdı [monitorinq] 1 kurs 13](https://banker.az/wp-content/uploads/2017/03/kurs-13.png)



