Müsahibə zamanı potensial əməkdaş namizədləri işəgötürənə suallar verə bilər. Lakin heç də bütün suallar bir mənalı olaraq namizədin xeyrinədir. Bəzi suallar var ki, məhz bu suallar işə götürülməyə əngəl ola bilər. İşə düzəlmə şanslarınızı sıfıra endirmək istəmirsinizsə aşağıdakı verilməməsi gərəkən suallar ilə tanış ola bilərsiniz:
Yersiz suallar
Cavabını almayacağınız suallar vermək lazım deyil. Siz əməkdaşın məsuliyyət sahəsini bilməlisiniz, məsələn, HR menecer ilə şöbə rəhbərinin səlahiyyətləri eyni olmadığı kimi, onlara ünvanlanan suallar da özlərinə məxsus olmalıdır. Buna görə də onların hər birinə öz fəaliyyət sahəsi üzrə olan sualların verilməsi daha məqsədəuyğundur.
Gizli məlumatlar
Şirkətdə hər kəsin bilmədiyi məsələlər barədə sual vermək doğru hesab olunmur. Məsələn, gələcək şöbənizdə maaşların nə qədər olduğu, şirkətin keçən il ərzində əldə etdiyi xalis gəlirlər və s. barədə söhbət açmamaq öz xeyrinizədir.
Şəxsi suallar
Bəzi namizədlər sərhədləri aşaraq müsahibə şəxsi suallar ilə müraciət edirlər. Lakin bunun sizin üçün heç bir xeyri yoxdur. İşə düzələrkən sizə şirkət barəsində məlumatlar lazımdır, HR menecer haqqında deyil.
Aşkar məlumatlar barəsində
Cavabını özünüz asanlıqla öyrənə biləcəyiniz şeylər barəsində suallar vermək lazım deyil. Məsələn, şirkətin saytı və yaxud vakansiyanın təsviri barəsində. Bununla siz tənbəl və etinasız bir şəxs təsiri bağışlayacaqsınız. Müsahibə yalnızca o sualları vermək lazımdır ki, cavabını başqa heç bir mənbədən öyrənə bilməzsiniz. Bildiyiniz məlumatı isə sual vasitəsilə təkrar etmək deyil, sadəcə dəqiqləşdirmək lazımdır.