7 C
Baku
Thursday, December 12, 2024

Dolları satış qiyməti 1,70-ə düşdü – Rəsmi məzənnədən ucuz

Hərracda USD/AZN məzənnəsinin enməsinə baxmayaraq kommersiya bankları dolların kursuna bir o qədərdə dəyişiklik etməyiblər. Dolların satış qiyməti isə ucuzlaşaraq son 4 ayın minumuna düşüb.

Banker.az-ın saat 15:30 radələrinə olan araşdırmasına görə, 7 bank dəyişiklik edib ki, onlardan da yalnız 4 satış qiymətini endirib.  Dolların satış qiymətini ən çox ucuzlaşdıran bank Günaybank-dır, 0,87%.

Buna da bax: Azərbaycanda dollar niyə ucuzlaşır? — Şərh

“Bank BTB” isə dolların satış qiymətini 2%-ə yaxın bahalaşdırıb. Adıçəkilən bank saat 12:00 radələrində 1,7150 manata satdığı dolları, hərracsonrası bahalaşdıraraq 1,7400 manatda saxlayıb

Dolları ən sərfəli qiymətə alan “NikoilBank”dır, 1,69 manat. Satış qiymətində isə ən sərfəli olaraq məzənnədən belə ucuz, yəni, 1,7050 manata ala bilərsiz.

xsdsd 1

 

Son xəbərlər
Digər xəbərlər