10 C
Baku
Wednesday, December 11, 2024

Aviaşirkət nəzakətlə davranan sərnişinləri mükafatlandıracaq

Banker.az saytı The Telegraph nəşrinə istinadən əbər verir ki, Britaniyanın Monarch Airlines aviaşirkəti cari il ərzində nəzakətli sərnişinləri mükafatlandırmağı vəd edib.

Monarch Airlines şirkəti reysin bron edilməsi zamanı telefonla onlara xidmət edən əməkdaşlarla nəzakət çərçivəsində davranan sərnişinlərə güzəştlər etmək niyyətindədir.

Sərnişinlərə nəzakətli davranışları qarşılığında təyyarədə pulsuz olaraq daha geniş oturacaqda əyləşməyə icazə veriləcək. Hazırda bu xidmətin dəyəri 50 funt sterlinqdir. Bundan əlavə, belə müştərilər reys üçün nəzərdə tutulan vaxtdan daha əvvəl qeydiyyata alınacaq.

Monarch Airlines şirkətinin müştəri xidmətlərinin hər bir əməkdaşı həftə ərzində 10 belə “mükafat vermək” haqqına sahib olacaq. Hansı müştərinin güzəştə layiq olduğuna isə şirkət işçiləri özləri qərar verəcəklər.

Son xəbərlər
Digər xəbərlər