7 C
Baku
Thursday, December 12, 2024

Rusiyada əhalinin 40%-nin pulu yalnız yeməyə çatır

Rusiya əhalisinin 40%-ə yaxın hissəsi pullarının yalnız yeməyə çatdığını bildirib.

Report “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının ailələrin maddi vəziyyətini əks etdirən fevral ayı hesabatında bildirilib.

Hesabata görə, pulu yalnız yeməyə çatan və hətta çatmayan əhalinin xüsusi çəkisi 40% təşkil edib. Bununla yanaşı, ailəsinin maddi vəziyyətinin yaxşı olduğunu və avtomobil almağa kifayət edən kütlənin payı 8% olub. Əhalinin 37%-nin geyim əşyaları, 15%-nin elektrik malları almağa gücünün çatdığı qeyd olunub. Əhalinin yalnız 5,8%-i Rusiyada iqtisadi vəziyyətin düzəlməyə başladığını deyib.

Qeyd edək ki, bir qədər əvvəl ölkənin əmək naziri Maksim Topilin ən varlı və ən kasıb təbəqənin əmək haqları arasında 15 qat fərqin olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər