Dünya birjalarında neftin qiymətində ucuzlaşma müşahidə edilir.
08:57 (GMT+4)
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,14$, yəni, 0,29% azalaraq 47,83$-da qərarlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,05$, yəni, 0,10% ucuzlaşaraq 50,75$-a təklif olunub.