Rusiya və MDB-nin ən iri mobil rabitə operatoru olan MTS şirkəti Özbəkistanın “Universal Mobile Systems” (USM) şirkətində malik olduğu 50,01% payını bu ölkənin hökumətinə satıb.
Banker.az Report-a istinadən məlumat verir ki, MTS öz hissəsini simvolik məbləğə – 1 dollara satıb. Bu sövdələşmə 2016-cı ilin avqst ayında baş tutub.
Şirkət satışın bir neçə səbəbinin olduğunu deyib. Məlumata görə, Özbəkistan bazarından çıxmaqla MTS 2016-cı ilin III rübündə təqdim etdiyi hesabatında 2,7 mlrd. rublun silindiyini əks etdirib.
Ehtimal edilir ki, MTS-in Özbəkistanın mobil rabitə bazarından çıxması şirkətə qarşı anti-korrupsiya tədqiqatının tənzimlənməsi şərtlərindən biri ola bilər. Yazılanlara görə, MTS guya mərhum prezident İslam Kərimovun qızına bağlı yerli strukturlara rüşvət verib.
Qeyd edək ki, MTS Özbəkistanın mobil rabitə bazarında 2 ilə yaxın fəaliyyət göstərib.