2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın məcmu xarici borcu 19 mlrd. dollara çatıb

Azərbaycanın dövlət xarici borcunun həcmi 2016-cı ilin sonuna 6 913,2 mln. ABŞ dolları təşkil edib və illik müqayisədə 18,9 mln. dollar və ya 0,27% artıb. Xarici borcun adambaşı məbləği isə son bir ildə 20,5 dollar və ya 2,85% azalaraq 698,2 dollar təşkil edib. Xarici borcun ÜDM-ə nisbəti son 11 ilin maksimal həddinə çatıb və 20,4%-ə bərabər olub. Lakin buna baxmayaraq, Azərbaycanın dövlət xarici borcunun ÜDM-ə nisbəti dünya standartlarında icazə verilən şərti norma – 50%-dən çox aşağıdır.

Aşağıdakı qrafikdə Azərbaycanın 2005-2016-cı illər üzrə xarici borc göstəriciləri əks olunub:

Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycanın özəl və bank sektorunun təxmini xarici borcu 2016-cı ilin sonuna 12 mlrd. dollar səviyyəsinə çatıb. Nəticədə, Azərbaycanın məcmu xarici borcu 19 mlrd. dollara yaxınlaşır və ÜDM-ə nisbəti təxminən 56%-dir.

Azərbaycan xarici borc üzrə bir sıra şərti beynəlxalq normativlərə riayət edir. Belə ki, Azərbaycanın beynəlxalq ehtiyatlarında dövlət xarici borcunun xüsusi çəkisi 20,85%-ə bərabərdir. Başqa sözlə, beynəlxalq ehtiyatlar xarici borcu 5 dəfəyə yaxın üstələyir.

Dövlət xarici borcunun ixraca nisbəti isə 2016-cı ilin sonuna 75% təşkil edib ki, bu göstərici üçün icazə verilən maksimal hədd 275%-dir.

Azərbaycanın 2016-cı ilin sonuna ixracının məcmu xarici borca nisbəti isə 209% olub ki, burada minimal təhlükəli hədd 30%-dən aşağı hesab olunur.

Son xəbərlər
Digər xəbərlər