“Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır

“Rabitəbank” ASC səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki, yığıncaq 8 sentyabr 2026-cı il tarixində, saat 17:00-da bankın Füzuli küçəsi, 71 ünvanında yerləşən Baş ofisində baş tutacaq. İclas hibrid formatda (əyani və onlayn iştirak imkanı ilə) təşkil olunacaq.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

  • Bankın Müşahidə Şurası üzvlərinin səlahiyyət müddətlərinin uzadılması;

  • “Capital Partners” İŞ-nin nizamnamə kapitalının artırılması;

  • Digər təşkilati məsələlər.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 101,3 milyon manatdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər