10 C
Baku
Wednesday, December 11, 2024

“Bu il neftin qiyməti 40 dollar olsa, ölkəmizə 5 milyard dollardan çox valyuta gələcək” – İlham Əliyev

“Pambıqçılığın inkişafı ölkəmizə əlavə gəlir gətirəcək”.

Bu sözləri Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev yekun nitqində deyib.

Dövlət başçısı bildirib ki, neft satışı respublikamıza böyük gəlir gətirir: “İstəyirəm biləsiniz, bu gəlir neftdən əldə olunan gəlirlə müqayisə edilə bilməz. Neft satışından ölkəmizə milyardlarla dollar valyuta gəlir. Bu il əgər neftin qiyməti 40 dollar səviyyəsində olarsa, – bizim büdcədə bu rəqəm nəzərdə tutulub, – ölkəmizə 5 milyard dollardan çox valyuta gələcək.

Ona görə pambıqçılığın inkişafı, ilk növbədə, məşğulluğun artırılması və insanların, bu rayonlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır. Ona görə biz neftdən əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat daha da yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın.

Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq. Ona görə pambıqçılığın inkişafı Prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər