FED rəhbərinin köməkçisi Stenli Fişer ilin sonuna qədər faizlərin daha iki dəfə artırılmasının doğru olacağını söyləyib.
Xarici KİV-ə istinadən xəbərə görə, Fişer “CNBC”yə verdiyi müsahibəsində FED-in pul siyasəti ilə bağlı açıqlamalar verib.
Fişer FED-in prezident Donald Trump atdığı addımları diqqətlə izlədiyini vurğulayıb.
“Bəzi qanun layihələrinin qəbul edilən kimi iqtisadiyyatı təsir edir. Səhmlər bu səbəblə yüksəldi. FED-in ilin sonuna kimi faizlərin daha iki dəfə artırılması doğru olar”, deyə Fişer bildirib.