Rusiya bank sektorundakı iflaslar ilə əlaqədar 2016-cı ildə dövlət büdcəsindən təxminən 100 milyard rubl xərcləyib.
“РИА Новости” xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov deyib.
O, Rusiyanın bank sektorunda ötən il baş verən itkilər səbəbindən dövlət büdcəsindən maliyyə ayırmaq məcburiyyətində qaldıqlarını bildirib.
Ötən il bank sektorundakı iflaslar və problemlər ilə əlaqədar dövlət büdcəsindən təxminən 100 milyard rubl (təxminən 1,8 milyard dollar) sərf olunduğunu bildirən A.Siluanov deyib: “Əlbəttə, hökumət olaraq ölkənin bank sektoruna dair narahatlıqlarımız var”.
Rusiya Mərkəz Bankının rəhbəri Elvira Nabiullina isə, ölkənin bank sistemindəki problemli təşkilatlara qarşı “təmizlik” prosesinin 2-3 il ərzində tamamlanacağını deyib.