Moskvanın (Rusiya) cənub-qərb hissəsindəki bankomatlardan birindən naməlum şəraitdə 1 mln. rubldan (təxminən 30 min manat) çox pul oğurlanıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) paytaxt üzrə baş idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, Nazirliyin “02” nömrəli “Qaynar xətt”ə zəng vuran Rusiyanın bank şəbəkəsinə xidmət idarəsinin rəhbəri Moskvanın Profsoyuznaya küçəsində yerləşən bankomatdan oğurluq olduğunu bildirib. Hadisə yerinə gedən polis əməkdaşları 4 kaset pulun yoxa çıxdığını müəyyən ediblər. Faktla bağlı oğurluq maddəsi ilə cinayət işi açılıb.