-1 C
Baku
Sunday, December 15, 2024

Dünyanın nəhəng maliyyə mərkəzləri elan edildi

Banker.az saytının verdiyi məlumata görə, Z/Yen Group Ltd. maliyyə konsaltinq şirkəti 100-dən çox şəhərin təhlili əsasında özünün 21-ci dünya maliyyə mərkəzləri indeksini (Global Financial Centers Index, GFCI) nəşr etdi.

Siyahıda ilk pillənin sahibi 782 bənd ilə London olub. Reytinqin ilk beşliyində isə əhəmiyyətli dəyişikliklər qeydə alınıb. Belə ki, ikinci pillədə Nyu-York (780 bənd), üçüncü pillədə Sinqapur (760 bənd), dörddə Honqkonq (755 bənd), beşdə isə Tokio (740) qərarlaşıb.

Siyahıya həmçinin Sidney və Zürih də daxildir. Sidney 11-ci pillədən 8-ci pilləyə yüksəldiyi halda, Zürih 9-cü pillədən 11-ə enib.

Pekin 10 pillə yüksələrək 16-cı pilləyə sahib olub. Lüksemburq isə bunun əvəzində 6 pillə geriləyərək 18-ci pillədə yer alıb.

Yaxın Şərqdə maliyyə mərkəzləri sırasında lider Dubay (25-ci pillə) və Abu-Dabi (28-ci pillə) olub.

Şərqi Avropada isə reytinqin liderləri Varşava (41-ci yer), Tallin (42-ci yer) və Riqa (45-ci yer) olub.

Qeyd edək ki, reytinq biznes-mühit, maliyyə, infrastruktur, insan kapitalı və nüfuz kimi bir neçə kriteriyalar əsasında tərtib edilib.

Son xəbərlər
Digər xəbərlər