Dünya birjalarında neftin qiymətində bahalaşma müşahidə edilir.
09:00 (GMT+4)
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,22$, yəni, 0,44% artaraq 49,73$-da qərarlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,13$, yəni, 0,25% bahalaşaraq 52,55$-a təklif olunub.
Xatırladaq ki, sonuncu dəfə Brent nefti 8-9 mart tarixində 52,19 dollar olmuşdu.