5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin sayı artıb

Azərbaycanda qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən xidmətlərin sayı artırılıb.

Nazirlər Kabineti bununla bağlı “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə bağlı xidmətlər Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na daxil edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər