9 C
Baku
Friday, December 13, 2024

İngiltərə, WhatsApp-a “qan udduracaq” — Gizliliyi təhlükədədir

London hücumundan sonra həyəcan içində olan İngiltərə, istədiyi hər kəsin WhatsApp məlumatlarını əldə etməyin yollarını axtarır. WhatsApp-ın gizliliyi təhlükədədir.

İngilis qəzeti DailyMail, əldə etdikləri bir ekran görüntüsü ilə keçən həftəyə damğasını vuran London terror hücumunun başrolundakı Khalid Masood-un aktiv bir WhatsApp istifadəçisi olduğunu aşkar etmişdi.

Bu hadisənin ardındanDaxili İşlər Nazirliyi katibi Amber Rudd, hökumət adına Bazar günü BBC-yə danışaraq krallığın kəşfiyyat agentliklərinin WhatsApp serverlərinə daxil olmaqda tam icazə əldə edə bilməsi üçün çalışacaqlarını açıqladı. Amber Rudd-un bu həftə içindəGoogle, Facebook və Twitterdən nümayəndələrlə görüşəcəyi açıqlandı. Əlavə olaraq Sky News-a danışan Amber Rudd, bu nəhəng şirkətlər ilə əlaqədar, ” `Danlanmaqdan` daha çoxunu alacaqlar” deyərək güc nümayişi etdi.

1490877530 amber rudd
Amber Rudd

“Terroristlərin bir-birləriylə danışdıqları bir platformaya girişimizin olmaması çox axmaq bir vəziyyətdir” deyən Rudd, “Bunun üçün onlarla bir razılaşma əldə etmək lazımdır” şərhini etdi.

WhatsApp-ın isə hökumətlərdən gələn giriş tələblərinə çox çətin təsdiq verdiyi bilinir. Başdan-sona şifrələmə xüsusiyyətini təqdim etdiklərində, Braziliya məhkəməsi, narkotik satışında iştirak etdiyinə inandıqları bir şübhəlinin mesajlarını özləriylə paylaşmağı rədd etdiyi üçün bütün ölkədə WhatsApp-ın 3 gün ərzində girişinə qadağa qoymuşdu.

1490877551 londra saldirisi

WhatsApp hər nə qədər “Başdan-sona şifrələmə sayəsində bizim mühəndislərimiz belə sizin mesajlarınızı görə bilməz” deyərək zəmanət vermiş olsa da, Yanvar ayında ortaya çıxan bir skandalla başdan-sona şifrələmənin deyildiyi kimi işə yaramadığı göstərilmişdi. Krallığın bu skandalda ortaya çıxan təhlükəsizlik açığını istifadə etmək istədiyi və Rudd-un WhatsApp-la razılığa gələcəyi danışılır.

Texnologiya dünyasından bəzi adlar isə WhatsApp-ın bu istəyə boyun əyməyəcəyini və Rudd-un sözlərinin yalnız İngiltərə xalqını rahatlaşdırmaq üçün bir güc nümayişi olduğunu müdafiə edir.

Son xəbərlər
Digər xəbərlər