7 C
Baku
Sunday, December 15, 2024

“Twitter”də yumurta dövrü sona çatdı

“Twitter” mikrobloqu avatarlarda illərdir istifadə etdiyi rəngli fonda ağ yumurta təsvirindən imtina edib.

Şirkətin bloqunda bildirilib ki, istifadəçi profilində 2010-cu ildən tətbiq olunan standart yumurta təsvirinə son qoyulub. Onun yerinə tünd boz insan siluetindən istifadə olunacaq.

Şirkətdən qeyd ediblər ki, bir çox istifadəçi yumurta şəklini əyləncəli və sevimli hesab etdiyi üçün öz avatarını dəyişmirdi. İndi isə düşünülür ki, yumurtanın boz siuetlə əvəzlənməsi istifadəçiləri öz avatarını yükləməyə vadar edəcək.

Bundan başqa, “Twitter” daha bir yenilik edib. Artıq digər istifadəçiyə və ya qrupa cavab verdikdə istifadəçinin “@” işarəsi ilə başlayan adı 140 işarə çərçivəsinə aid edilməyəcək. Bununla da cavablar üçün əlavə yer açılmış olub.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər