3 C
Baku
Saturday, December 14, 2024

“Kapital Bank”ın rəhbərliyinə yeni təyinat olub

4 aprel 2017-ci il tarixində Kapital Bankın Səhmdarlarının növbəti yığıncağı keçirilib. Bankdan Banker.az-a verilən məlumata görə, yığıncaqda bir sıra qərarlar qəbul olunub:

Bura, Kapital Bank-ın Nizamnaməsi yeni redaksiyada təsdiq edildi, “Səhmdarların ümumi  yığıncağının çağrılması və keçirilməsi Qaydaları”ı, “Hesablama Komissiyası haqqında Əsasnamə” , Müşahidə Şurasının Əsasnaməsinə əlavə və  dəyişikliklər, 2016-cı ilin yekunlarına dair maliyyə hesabatları, 2016-cı ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividendlərin ödənilməsi barədə qərar qəbul edilib.

Bundan əlavə, PAŞA Holdinqin Biznes Qrupu üzrə Direktoru və Holdinqin İcraçı Direktorunun müavini Fərid Məmmədov Müşahidə Şurasının üzvü təyin edilib.

Image result for Fərid Məmmədov pasha

Son xəbərlər
Digər xəbərlər