10 C
Baku
Wednesday, December 11, 2024

SOCAR ötən illə nisbətdə büdcəyə 122% çox ödəniş edib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən (SOCAR) 2017-ci ilin mart ayında dövlət büdcəsinə 133 milyon 985 min manat vəsait ödənilmişdir. Qeyd edək ki, bu göstərici 2016-cı ilin mart ayı ilə müqayisədə 24 milyon 737 min manat və ya 122,6 faiz çoxdur.  

Bu barədə Banker.az-a məlumat SOCAR-dan daxil olub.

Ümumiyyətlə, cari ilin yanvar-mart aylarında büdcəyə 396 milyon 643 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 71 milyon 513 min manat və ya 122 faiz çoxdur.

Bundan əlavə, 2017-ci ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 105 min manat vəsait köçürmüşdür. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 185 min manat və ya 101,7 faiz çoxdur. Cari ilin yanvar-mart aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 36 milyon 268 min manat təşkil etmişdir ki, bu da 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 4 milyon 298 min manat və ya 113,4 faiz çoxdur.

Banker.az-ın araşdırması göstərir ki, buna əsas səbəb kimi neftin qiymətlərində ötən il ilə nisbətda bu il daha çox artımın olmasıdır. Belə ki, ötən il 1 barel neftin qiyməti 35-45 dollar ətrafında dəyişirdisə, bu bil bu rəqəm təqribən 10 dollar bu göstəricidən artıq olub.

Son xəbərlər
Digər xəbərlər