6 C
Baku
Sunday, December 15, 2024

Bakı Şopinq Festivalında bu mağazalardan alış-veriş etmək olar (SİYAHI)

Bu gün başlayan Bakı Şopinq Festivalı çərçivəsində xidmət göstərən mağazaların siyahısı açıqlanıb.

Trend-in məlumatına görə, müştərilər mayın 10-dək “İdeal”, “Soliton”, “Next”, “Carlo Pazolini”, “Mango”, “Albatros”, “Celio”, “Emporium Young”, “Emporium Man”, “Escada”, “Scoop”, “Tods”, “Emporio Armani”, “Guess”, “Corneliani” və “VIP Aviasiya Xidmətləri” mağazalarında alış-veriş edə bilərlər.

Ticarət festivallarının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. Bu festivallar həm də vergi sisteminin təşviqini, fiziki şəxslər tərəfindən Azərbaycanın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (ƏDV) sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, rezident və qeyri-rezident vergi ödəyicilərinin xidmət sisteminin inkişaf etdirilməsini nəzərdə tutur.

Festival zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarına da “Tax free” sistemi tətbiq ediləcək.

ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival – Tax Free” stikeri yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq.

ƏDV-ni 5 bankın – “Kapital Bank”, “PAŞA Bank”, “Yapı Kredi Bank Azərbaycan”, “Bank Silk Way” və “Azərbaycan Sənaye Bankı”nın filiallarında geri almaq mümkün olacaq.

Bakı Şopinq Festivalının TƏQVİMİ və mağazaların SİYAHISI

Son xəbərlər
Digər xəbərlər