Naxçıvanda elektrik mühərrikli avtobuslar istismara verilib

Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar.

Səfərdən sonra 60 ədəd elektrik mühərrikli yeni avtobuslar Naxçıvanda istismara verilib.

Qeyd edək ki, bu layihənin icrası ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4.5 milyon sərnişinə xidmət göstərilə bilər.

 

MənbəOXU.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər