1 C
Baku
Saturday, December 14, 2024

İngiltərə Bankı manipulyasiyada ittiham edilir

Banker.az saytının verdiyi məlumata görə, BBC Panorama verilişinin jurnalistlərinin aşkar etdiyi gizli səs qeydinə əsasən məlum olur ki, İngiltərə Bankı maliyyə böhranı zamanı Libor üzrə göstəricilərə təsir etməyə cəhd edib.

Libor – ipoteka da daxil olmaqla, əhalinin kreditlərinin faiz dərəcələrinə əhəmiyyətli dərəcədə təsir edən banklararası kreditlər üzrə orta ölçülmüş faiz dərəcəsidir.

Faiz dərəcəsi bu şəkildə təyin edilir: nəhəng bankların nümayəndələri hər gün öz Libor səviyyəsini qeyd edir, bunun ardınca isə orta hədd təyin edilir.

2008-ci ilin oktyabr ayının 29-na aid olan yazıda Barclays bankının top-meneceri Mark Dearlove bankda faiz dərəcəsinə cavabdeh olan Piter Consondan göstəricini endirməyi tələb edir. “Bu sizin xoşunuza gəlməyəcək, lakin Libor-un endirilməsi ilə bağlı bizə Britaniya rəhbərliyi və İngiltərə Bankı tərəfindən ciddi təzyiqlər var” – deyə o bildirib.

Top-menecer yazıya şərh bildirməkdən imtina edib. Conson isə treyderlərin tələbilə Libor ilə manipulyasiyada ittiham edilərək həbs edilib. İngiltərə Bankı isə göstəricilərə təsir etməklə bağlı öz tərəfindən hər hansı bir cəhdin olmasını inkar edib.

 

Son xəbərlər
Digər xəbərlər