Honqkonqun Valyuta idarə edilməsi mərkəzi ölkənin Mərkəzi bankı üçün şəxsi rəqəmsal valyutanın yaradılması üçün yerli banklar və R3 blockchain-konsorsiumu ilə əməkdaşlıq edir.
Banker.az saytı xəbər verir ki, hazırda layihə Mərkəzi bankın şəxsi rəqəmsal valyutasının yaradılması imkanlarının araşdırılması mərhələsindədir.
Layihənin partnyorları belə bir valyutanın daxili banklararası köçürmələr və korporativlərarası ödənişlər zamanı istifadə edilməsi mümkünlüyünü araşdırır.
Bu mərhələnin isə cari ilin dördüncü rübündə başa çatacağı təxmin edilir və bunun ardınca mərkəz növbəti mərhələyə start verəcək.
Tənzimləyici artıq Çin bankı, Şərqi Asiya bankı, Hang Seng Bank, HSBC, Standard Chartered və Deloitte bankları ilə birgə ticarət maliyyələşməsi üçün bu texnologiyadan istifadə edilməsi layihələri üzərində işləyir.







