2026-cı il sentyabrın 8-də keçiriləcək təkrar pul hərracında 5 Səhmdar Cəmiyyətinin səhmləri satışa çıxarılır.
Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 8 sentyabr 2026-cı il tarixində təkrar pul hərracı keçirəcək. Hərraca Salyan, Ağdaş, Lerik, Yevlax və Şirvan rayon/şəhərlərində yerləşən 5 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketləri çıxarılır.
Satışa çıxarılan müəssisələr və şərtlər aşağıdakı kimidir:
-
“Salyan Kəndkimya” ASC (Salyan r., Dayıkənd k.): Nizamnamə kapitalı 539 144 manat olan müəssisənin 80 944 ədəd səhmi (ümumi kapitalın 30,03%-i) satışa çıxarılır. İlkin satış qiyməti 80 944 manat, behin məbləği 8 094,40 manat təşkil edir.
-
“Xosrov Metal Plastmas” ASC (Ağdaş r., Xosrov k.): Nizamnamə kapitalı 94 552 manatdır. 14 220 ədəd səhm (30,08%) satışa təqdim olunur. İlkin satış qiyməti 14 220 manat, beh 1 422 manatdır.
-
“Yevlax Kəndnəqliyyat” ASC (Yevlax ş., Nizami k. 37): Nizamnamə kapitalı 225 900,60 manatdır. 46 ədəd səhm (0,04%) hərraca çıxarılır; ilkin satış qiyməti 92 manat, beh isə 9,20 manatdır.
-
“Əli Bayramlı Konserv” ASC (Şirvan ş., Cənub sənaye r-nu): Nizamnamə kapitalı 837 777,60 manat olan Cəmiyyətin 96 ədəd səhmi (0,02%) satışa verilir. İlkin satış qiyməti 192 manat, beh 19,20 manatdır.
-
“Lerik Kəndkimya” ASC (Lerik r., Bilnə k.): Nizamnamə kapitalı 65 807,20 manat təşkil edir. Hərraca 30 ədəd səhm (0,09%) çıxarılır; ilkin satış qiyməti 60 manat, beh 6 manatdır.
Pul hərracı 2026-cı il sentyabr ayının 8-də saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcəkdir.







