Mərkəzi kredit reyestri xidmətinin Mühəndis-proqramçısı
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
– Ali təhsil (texniki sahə üzrə);
– Avtomatlaşdırma üçün Linux/Unix Shell scripting üzrə biliklər;
– JAVA(JSE,JEE)-Specifications-EJB,JPA,JAAS,JTA,JMS üzrə biliklər;
– Spring Framework (Java), Bootsrap Framework (CSS,JS) üzrə biliklər;
– Web Services – RESTful, SOAP üzrə biliklər;
– Node.js/HTML/CSS/AJAX/JS/JQuery üzrə biliklər;
– ORACLE, MySQL, SQL, PL/SQL üzrə biliklər;
– GIT üzrə biliklər;
– Cloud infrastruktu üzrə iş təcrübəsi;
– Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
– Səlis Azərbaycan, yaxşı səviyyədə ingilis dili və rus bilikləri.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:
– Qurulmuş arxitektura əsasında proqram təminatına və veb servislərə texniki dəstək xidmətinin göstərilməsi;
– Mövcud proyektə əlavə modulların hazırlanmasında iştirak edilməsi;
– Fərqli “Application Server Instance”ların qurulması (Alfa, Production) və “Deployment tool”ların (Maven, Ant) vasitəsilə “Deployment script”lərin hazırlanması;
– Unix/Linux əməliyyat sistemlərinin qurulması və təhlükəsizliyinin təmin edilməsi;
– Verilənlər bazasının və idarəetmə sistemlərinin (Oracle, MySql) qurulması, sazlanması, monitorinqi, problemlərin aşkar edilməsi və həllinə dəstək;
– Serverlərin təhlükəsizliyinin təminatı prosesinə aid olan elektron sertifikatların yaradılması, sazlanması və autenfikasiyasının həyata keçirilməsi;
– Qurulmuş sistemə on-site və off-site dəstək göstərilməsi.
Vakansiyanın tələblərinə uyğun gəldiyiniz halda, CV formasını tam dolduraraq e-mailin “subject” hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.








