Rəsmi məzənnənin ucuzlaşmasına baxmayaraq Azərbaycan kommersiya banklarının əksəriyyəti dolların satış qiymətini qaldırıb.
Banker.az-ın araşdırmasına görə, dolları ən çox bahalaşdıran “Dəmirbank” ASC-dir. Ötən gün, saat 15:05 radələrində dolları 1,6900 manata satan bank bu gün 1,7150 manata satır.
Oxşar yazı: Banklar dollar və avronu neçəyə satır? [SİYAHI] – 14.04.2017
Monitorinq göstərir ki, ötən həftə ilə müqayisədə dolların rəsmi məzənnəsi ucuzlaşsa da, banklar dolların alışında daha həvəsli görünürlər. Belə ki, kommersiya bankları dolların alış kursunu satış kursu ilə nisbətdə daha çox artırırlar. Dolların alış kursunu ən çox bahalaşdıran bank “Ziraatbank” ASC-dir. Bank dolları ötən gün 1,6350 manata qəbul etsə də bu gün bahalaşdıraraq, 1,6750 manat edib.
Dolları ən ucuz; “Amrahbank” – 1.7000, “Gunay Bank” – 1.7000, “Bank Silk Way” – 1.7030 və “Access Bank” – 1.7040 manata satır.
[table id=462 /]








