Azərbaycan kommersiya banklarının 14-ü dolların satış məzənnəsini endirib.
Banker.az-ın saat 11:40 radələrinə olan araşdırmasına görə, dollar daha çox ucuzlaşdıran “Expressbank” ASC, “NIKOIL Bank” ASC və “Bank Silk Way” ASC-dir. Hal-hazırda dolları ən ucuz qiymətə “Turanbank” ASC, “Bank Silk Way” ASC və “Günaybank” ASC-dir –1,6800 manat.
Dolların alış qiymətini ucuzlaşdıran bankların sayı 9-a çatıb. ABŞ valyutasının məzənnəsini ən çox endirən “AG Bank” ASC və “AzərTürkBank” ASC-dir. Dolları ən sərfəli qiymətə “Bank Avrasiya” ASC qəbul edir. Belə ki, ötən gün adıçəkilən bank dolları 1,65 manata qəbul etdiyi halda bu gün bahalaşdıraraq, 1,6720 manata qəbul edir.