Bu ilin yanvar-avqust aylarında “Assist Finance İnvestisiya şirkəti” ASC-nin əməliyyatlarının dövriyyəsi 2 milyard 511 milyon manat təşkil edib.
Banker.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Ötən ilin eyni dövrlərində investisiya şirkətinin dövriyyəsi 3 milyard 83 milyon manat olub ki, bu da illik müqayisədə 18.5% azalma deməkdir.
Bu dövrdə investisiya şirkətinin korporativ istiqrazlar üzrə dövriyyə 217 milyon 47 min manat, repo əməliyyatları üzrə dövriyyə 2 milyard 12 milyon manat təşkil edib. Əməliyyat sayı isə 1 389 olub.







