12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan kommersiya banklarının rəhbərliyinə müraciət edildi

Azərbaycan Banklar Assosiasiyası (ABA) üzvü olan kommersiya banklarının rəhbərliyinə müraciət edib.

Agentliyin əldə etdiyi məlumata görə, müraciət ABA-nın icraçı direktoru Yunus Abdulovun adından ünvanlanıb.

Müraciətdə bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın, eləcə də “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”ın layihələrini hazırlayaraq ABA-nın üzvlərindən rəy və təkliflərin alınması məqsədilə quruma ünvanlayıb. Banklardan qeyd olunan qaydalara dair rəy və təkliflərini aprelin 20-nə qədər ABA-ya təqdim etmək xahiş olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər