Banker.azın verdiyi məlumata əsasən, DəmirBank 2017-ci ilin 1-ci rübünün sonuna dair maliyyə hesabatlarını açıqlayıb
Hesabatlara görə, bank mart ayının sonuna 7.2 mln. manat zərər edib. Məlumat üçün bildirək ki, bank ötən ilidə 1.7 mln. manat zərərlə başa vurmuşdur.
Bankın gəlirlərində baş verən neqativ inkişaf, aktivlərdəndə vaz keçməmişdir. Bir rüb ərzində bank təxminən 19 mln. manat aktivini itirərək 519 mln. manata salmışdır.
Depozit portfelindədə mübət dinamika müşahidə edə bilmədik. 3 ay ərzində depozit portfeli 16 mln. manat azalaraq 154 mln. manata düşüb.
Məlumat üçün bildirək ki, bankın kapitalı artıq təhlükəli səviyyəyə yaxınlaşıb. 1 rüb ərzində təxminən 7 mln. manat azalan kapital, hazırda 39 mln. manat təşkil edir.