-1 C
Baku
Sunday, December 15, 2024

“Amrahbank”da yeni təyinat olub

“Amrahbank” ASC-nin Daxili audit Departamentinə yeni direktor təyin edilib.

Banka istinadən xəbərə görə, bu, Səxavət Cabbarovdur.

O, indiyə qədər sözügedən vəzifəni müvəqqəti icra edib.

Xatırladaq ki, “Amrahbank” 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39 844 400 manatdır. Bankın səhmlərinin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri, “Amrah Sığorta”nın 85%-lik səhmdarı), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə (“Amrah Sığorta”nın 15%-lik səhmdarı), 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər