Ötən gün, yəni, 25 aprel tarixində Bloomberg-də USD/AZN məzənnəsi 1,6775 səviyyəsinə ensə də, bu gün bir qədər artıb.
Platformanın son göstəricilərinə əsasən (GMT+: 11:07), 24 saat ərzində 0,26 faiz artaraq 1,6819 səviyyəsində qərarlaşıb. Xatırladaq ki, dollar/manat məzənnəsinin 6 aylıq minimumu 12 apreldə olmuşdur – 1,6650 manat.
Fransada baş vermiş seçkilərdə Makronun qələbəsi ABŞ valyutasının qlobal bazarda dəyərinə təsirsiz ötüşməyib. Dollar əsas rəqibi qarşısında zəifləyib. Belə ki, EUR/USD cütlüyünün məzənnəsi 0,02 sent artaraq 1,0927 səviyyəsinə yüksəlib. Əvəzində isə etibarlı valyutalardan sayılan yapon yeni ABŞ valyutası qarşısında 0,32% ucuzlaşıb.