9 C
Baku
Thursday, December 12, 2024

“Elə şərait yaradılmalıdır ki, banklara axın olsun”

“Belə bir sənədin qəbulu əhalinin aztəminatlı təbəqəsindən olan hissəsinin kreditə çıxışının asanlaşdırılması baxımından çox vacibdir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Əli Məsimli deyib.

Deputat bildirib ki, bu sənəd qəbul olunacağı halda onun gələcəkdə işləməsi üçün ölkədə iqtisadi fəallıq artırılmalıdır: “İqtisadi fəallıq olmasa, bu qanuna elə bir ehtiyac da qalmayacaq. Bu baxımdan, ilk öncə ölkədə iqtisadi fəallığı artırmaq lazımdır”.

Ə.Məsimli növbəti dəfə kreditlər üzrə faizlərin yüksək olmasından şikayətlənib.

“Axı, 28-30%-lə neçə iş görmək, məsələn, biznes qurmaq olar? Buna görə, hesab edirəm ki, artıq bu məsələyə son qoyulmalıdır. Kredit faizləri yumşaldılmalı, aşağı salınmalıdır. İnsanları, sahibkarları bu cür kredit faizləri altında inlətmək olmaz.

Bu məsələyə artıq insaflı yanaşma olmalıdır. Elə bir şərait, mühit yaradılmalıdır ki, banklara axın olsun. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlıya da çatdırın”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər