“Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədrinin seçilməsi növbəti iclasa qədər təxirə salınıb.
Buna səbəb Kreditorlar Komitəsinin üzvlərinin sayının artması və onların Komitənin Əsasnaməsi ilə tanış olmaq istəmələridir.
Üzvlər öz aralarında razılığa gələrək sədrin seçilməsini təxirə salıblar.
Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva isə iclasın katibi seçilib.
Qeyd edək ki, növbəti iclasın bir həftə sonra keçirilməsi nəzərdə tutulur.