Banker.az saytının verdiyi məlumata görə, Britaniyanın OAG şirkətinin versiyasına əsasən, Cənubi Afrikanın Safair şirkəti 2016-cı ilin ən punktual aviaşirkəti elan edilib. Bu haqda məlumat isə hava yük daşımaları haqqında məlumatlar təqdim edən təşkilatın saytında yer alıb.
Ötən il ərzində bu şirkətin təyyarələri 96% hallarda dəqiq zamanında hava limanına enmiş və havaya qalxmışdır. Reytinqin ikinci pilləsində isə Küveytin Jazeera Airways şirkəti yer alıb. Bu aviaşirkətin göstəricisi 93%-dən çoxdur.
Üçüncü pilləni isə Latviyanın airBaltic şirkəti tamamlayır (90,5%). Bundan əlavə, dördüncü pillədə Türkiyənin SunExpress, beçinci pillədə isə Sinqapurdan Tigerair şirkəti qərarlaşıb. Onların göstəricisi 89,7 və 89,6 faiz təşkil edib.
Qeyd edək ki, OAG reytinqinə daxil olmaq üçün aviaşirkətlər ay ərzində minimum 600 reys tamamlamalıdır. Gecikmə 15-dəqiqədən çox olmadığı halda, uçuş və yaxud eniş öz zamanında həyata keçirilmiş hesab olunur.