Londonun gələcəkdə də Avropanın maliyyə mərkəzi kimi qalması hələ şübhə altındadır. Hazırda bir çox şirkətlər Avropada iş üçün tramplin qismində Birləşmiş Krallıqda qeydiyyatdan istifadə edirlər. Lakin Brexit səbəbindən Böyük Britaniya öz “maliyyə pasportu”-ndan məhrum ola bilər.
Banklar, sığorta şirkətləri və fondlar gözlənilməz şərtlər üçün qabaqcadan öz planlarını qururlar. Onların məqsədi Avropa qitəsində möhkəmlənməkdir. Britaniyanın nəhəng Lloyds bankı keçən ay elan etdi ki, artıq Brüsseldə filial yaradır.
Avropanın heç də bütün şəhərləri maliyyə işçiləri üçün eyni dərəcədə cəlbedici deyil. Banker.az məlumat verir ki, Relocation Movinga şirkəti kpçməyə hazırlaşan bankirlər üçün ən yaxşı Avropa paytaxtlarının siyahısını tərtib edib. Araşdırma zamanı nəinki qanunvericiliyin loyallığı, vergilər və orta dərəcəli gəlir, həmçinin icarə haqqı və restoranların keyfiyyəti də nəzərdən keçirilib.
9.yer
Fransa paytaxtı Londonun statusunu əlindən almaq üçün əsas namizədlərdən biridir. Parisin çatışmayan cəhətləri yüksək vergi dərəcəsi (49%) və elit daşınmaz əmlak nümunəsinin bahalı icarəsidir (ayda 2 min funt sterlinqdən çox). Buna baxmayaraq, Avropanın ən yaxşı restoranlarının əksəriyyəti bu şəhərdə yerləşir.
8.yer
İspaniya paytaxtı nisbətən aşağı səviyyəli, yəni 42% həcmində gəlir vergisinə sahibdir. Bundan əlavə, bankirlər şəhərdə çox da baha olmayan içkilərin dadına baxa bilər.
7.yer
Almaniya şəhəri Hamburq isə ingilis dilinə sahib olma səviyyəsi (əhalinin 56%-i) və 15 Michelin restoranı ilə öyünə bilər. Lakin dəbdəbəli məkan icarə götürmək ayda 2066 funta başa gələcək.
6.yer
Almaniyanın maliyyə paytaxtı Frankfurt şəhəri isə əhəmiyyətli dərəcədə ucuz elit daşınmaz əmlak (ayda 1798 funt) və Londona sürətli reyslər (təqribən 1,5saat) təklif edir. Lakin şəhərdə hələ ki, Uber işləmir.
5.yer
Avropa İttifaqının administrativ mərkəzi olan Brüssel yüksək vergi dərəcəsinə sahibdir. Lakin ucuz icarə haqqı (ayda 1,283 funt) və 19 Michelin restoranı bunu kompensasiya edir.
4.yer
Lüksemburqda maksimum gəlir vergisi cəmi 40% təşkil edir, ingilis dilini bilmə səviyyəsi isə 56%-dir. Həmçinin şəhərdə 11 Michelin restoranı var.
3.yer
Malta paytaxtı Balletta 35% həcmində vergi dərəcəsəi təklif edir. Lakin burada Michelin ulduzu ilə qeyd edilmiş restoran yoxdur.
2.yer
Hollandiya paytaxtı Amsterdam 52% həcmində yüksək vergilərə sahibdir. Lakin əhalinin 90%-nin ingilis dilini bilməsi və aşağı səviyyəli icarə haqqı (ayda 1,698 funt) şəhərin reytinqdəki pilləsini yüksəldir.
1.yer
İrlandiya paytaxtı Dublin Londondan bura gəlmək üçün aşağı səviyyəli xərc tələb etdiyinə və sərfəli otel nömrələrinə görə reytinqə başçılıq edir.