SKMF kredit təşkilatlarına müraciət etdi

SKMF Qobustan rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Bu barədə qurumun ictimayyətə açıqlamasında deyilir.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qobustan rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir: cins heyvandarlıq, üzümçülük, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı) və bağçılıq (nar) təsərrüfatlarının yaradılması; süd emalı və corab istehsalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər