Bitcoin yenidən rekorda imza atdı

Banker.az xəbər verir ki, Bitcoin valyutasının dəyəri artmağa davam edir. Son 5 gün ərzində Bitcoin rəqəmsal valyutası hər gün rekordu yeniləyir.

Belə ki, CoinDesk Bitcoin Price Index -ə əsasən, 2 may tarixində kriptovalyutanın dəyəri sayılı saatlar ərzində 60 dollar yüksəldi və 1465 ABŞ dollarına çatdı.

Belə bir artım, yeni bazarlarda ticarət həcminin bölüşdürülməsi ilə əlaqələndirilir, xüsusən də Yaponiyada. Bəzi qaydalar qəbul edildikdən sonra, Yaponiya kriptotreydinq üçün ən cəlbedici ölkə oldu. CryptoCompare xidmətinin verdiyi məlumata görə, son 24 saat ərzində həyata keçirilən ticarətin 50%-i məhz yapon yeni ilə edilib.

Son xəbərlər
Digər xəbərlər